Gürcüstan parlamentinin plenar sessiyaları ləğv edilib

Gürcüstan parlamentinin plenar sessiyaları ləğv edilib
Gürcüstan parlamentinin bu həftə keçiriləcək plenar sessiyaları ləğv edilib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin yaydığı bəyanatda bildirilib. Qeyd olunub ki, mövcud vəziyyətlə əlaqədar parlamentdə məhdudlaşdırılmış giriş rejimi tətbiq edilib və deputatların, akkreditasiyadan keçmiş media nümayəndələrinin və ziyarətçilərin binaya daxil olması məhdudlaşdırılıb.

Qərarın binaya və onun infrastrukturuna dəymiş zərərin müəyyənləşdirilməsi və deputatların təhlükəsizliyinin təmin edilməsi məqsədilə qəbul edildiyi bildirilib.

Vurğulanıb ki, binaya yalnız dəymiş ziyanın müəyyənləşdirilməsində iştirak edəcək şəxslərin daxil olmasına icazə veriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
467 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...