Ermənistan və Azərbaycan arasında qarşıdurma gözlənilir - ABŞ kəşfiyyatı

Ermənistan və Azərbaycan arasında qarşıdurma gözlənilir -
Dövlət Departamenti ABŞ kəşfiyyatının Ermənistan və Azərbaycan arasında gərginliyin olacağı ilə bağlı proqnozunu şərh edib.
Yeniavaz.com xəbər verir ki, ABŞ kəşfiyyatının proqnozu ilə bağlı suala Dövlət Departamentində keçirilən ənənəvi mətbuat konfransı zamanı ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays cavab verib.
Ned Prays bildirib ki, vəziyyətin həssaslığına görə bu, həmişə aktual olub:
“Bu, son günlərdə Dağlıq Qarabağ bölgəsində müşahidə etdiyimiz kimi, zorakılığa çox meyilli bir vəziyyətdir və uzun müddətdir davam edən münaqişədir. BMT-nin qətnaməsini dəstəkləmək üçün mümkün olan hər şeyi etmək istərdik. Biz bu ölkələrlə ikitərəfli, Ermənistan və Azərbaycan ilə üçtərəfli işləmək, dialoq və diplomatiya sahəsində öz səylərini dəstəkləmək və kömək etmək üçün bütün müvafiq mexanizmlər vasitəsilə bunu davam etdirmək niyyətindəyik”.
Məlumat üçün bildərək ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi, Milli Təhlükəsizlik Agentliyi, Müdafiə Kəşfiyyat İdarəsi və Federal Təhqiqatlar Bürosunun rəhbərlərinin Konqresdəki dinləmələri zamanı bildirilib ki, sülh müqaviləsi olmasa, Ermənistanla Azərbaycan arasında münasibətlər gərgin və qeyri-sabit olaraq qalacaq.
ABŞ-ın təhlükəsizlik və kəşfiyyatına orqanlarına rəhbərlik edən şəxslər belə hesab edirlər ki, atəşkəs mexanizmi olmadığını görə Ermənistan və Azərbaycan arasındakı sərhəddə yerləşən hərbçilər danışıqlarda öz məqsədlərinə nail olmaq üçün hərbi təzyiqdən istifadə etməyə hazır vəziyyətdədirlər.
Sərhəd yaxınlığında silahlı qüvvələrin olması Ermənistan və Azərbaycan arasında silahlı qarşıdurma riskini artırır, baxmayaraq ki, bu cür toqquşmaların müddəti və intensivliyi məhdud ola bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
467 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...