Qarabağ erməniləri Bakıya gəlməyə qorxdular
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezident Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət edib. Görüşün yaxın günlərdə Bakı şəhərində keçirilməsi təklif olunur.
“Qafqazinfo” “Armenpress”ə istinadən xəbər verir ki, Qarabağda yaşayan ermənilərin qondarma “XİN”i sözügedən bu təklifə cavab verib.
Məlumatda belə bir danışıqların mümkün olduğu bildirilsə də, onlar bunun yalnız rusiyalı sülhməramlıların vasitəçiliyi ilə və martın 1-i görüşün baş tutduğu yerdə keçirilməsini istəyiblər.
Bununla yanaşı, Qarabağ erməniləri danışıqlar zamanı texniki-infrastruktur və digər humanitar məsələləri müzakirə edəcəklərini vurğulayıblar.
Xatırladaq ki, Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib. Bu məqsədlə martın 1-də Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb.
415 dəfə oxundu