Dövlət başçısı: "Laçın yolundan hərbi daşımalar üçün istifadə Azərbaycan tərəfini narahat edir"

Dövlət başçısı: "Laçın yolundan hərbi daşımalar üçün istifadə Azərbaycan tərəfini narahat edir"
"Laçın yolundan hərbi daşımalar üçün istifadə Azərbaycan tərəfini narahat edir".

GUNDEMİNFO.AZ xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşündə deyib.

Dövlət başçısı Azərbaycanın Laçın yolu ilə bağlı məsələsinə toxunaraq bu yolun blokadada olması barədə Ermənistanın iddialarının tamamilə əsassız olduğunu bildirib, yol üzrə hərəkətin təmin edildiyini, dekabr 12-dən etibarən Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə buradan 4 mindən artıq nəqliyyat vasitəsinin, 150-dən çox tibbi yardıma ehtiyacı olan şəxsin keçdiyini vurğulayıb.

Prezident İlham Əliyev Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğunun və Laçın yolundan hərbi məqsədlər, hərbi daşımalar üçün istifadənin Azərbaycan tərəfini narahat etdiyini bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 134 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...