Şoyqu və Akar arasında telefon danışığı olub – İki fərqli açıqlama

Şoyqu və Akar arasında telefon danışığı olub –

Rusiya və Türkiyənin müdafiə nazirləri Sergey Şoyqu və Hulusi Akar arasında telefon danışığı olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə hər iki ölkənin Müdafiə Nazirlikləri məlumat yayıb.
Türkiyə Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, söhbət zamanı Ukraynadakı vəziyyət, Qara dəniz dəhlizi ilə taxıl tədarükü, eləcə də Suriyanın şimalındakı vəziyyət müzakirə edilib.
Rusiya Müdafiə Nazirliyinin məlumatında isə ​​bildirilir ki, Akar və Şoyqu Suriya və Ukrayna məsələlərindən əlavə, Dağlıq Qarabağdakı vəziyyəti də müzakirə ediblər.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
449 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...