“Nərimanov Azərbaycanda xəyənətin ən yüksək zirvəsinə qalxmış şəxsdir”

“Nərimanov Azərbaycanda xəyənətin ən yüksək zirvəsinə qalxmış şəxsdir”
Bu günlər sosial şəbəkələrdə Nəriman Nərimanovun heykəlinin söküləcəyi barədə xəbərlər dolaşır. Bəzi “hümanistlər”, “vətənpərvərlər” bunun əleyhinə çıxış edir və onun “böyük xidmətləri” olduğunu bildirirlər. Nərimanov Azərbaycanda xəyənətin ən yüksək zirvəsinə qalxmış şəxsdir”.

Demokrat.az-ın xəbərinə görə, bunu vəkil Nemət Kərimli bildirib.

N.Kərimli qeyd edib ki, Məhəmməd Əmin Rəsulzadənin “İnsanlara hürriyyət, millətlərə istiqlal” fikri yalnız şüar deyil, canlılar üçün, xalqlar üçün bir aksiomdur: “Nərimanov nəinki istiqlalın əleyhinə çıxıb, onu qəbul etməyib, hətta 1918-1920-ci illərin müstəqil, azad Xalq Cümhuriyyətinin zorla devrilməsi, ölkəmizin işğal olunması üçün Moskvada sovet Rusiyasının planının hazırlanmasında, təşkil edilməsində xüsusi rol oynayıb, işğalçı dövlət ona ümid bəsləyib. O deyirdi: “Azərbaycanın əbədi xoşbəxtliyi Rusiya ilə bağlıdır.” Azərbaycanın 27 aprel 1920-ci ildə rus işğalından sonra mayın 27-də Nərimanov Leninə teleqram vurur: “XI ordu özünü çox gözəl aparır.” Təsəvvür edin ki, Bakıdan kimsə Moskvaya teleqram vurur ki, 366-cı polk Xocalıda özünü gözəl aparıb… Bəziləri deyir ki, səhvin başa düşüb, oğluna məktub yazıb. Onda həmin məntiqlə bütün dünyada həbsxanaları sökmək lazımdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
423 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...