İrandan Bakının diplomatları qovması ilə bağlı açıqlama
Tehran Azərbaycan və İran xarici işlər nazirləri arasında son telefon danışığını müsbət qiymətləndirir.
Axar.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmisi Nasir Kənani deyib.
Kənani Azərbaycanın 4 İran diplomatını “persona non-qrata” elan etməsini tələsik və səmərəsiz addım adlandırıb:
“İran regionda qonşu ölkə kimi Azərbaycanla münasibətlərinə önəm verir. Mən Azərbaycanı ümumi maraqlara diqqət yetirməyə və öz qeyri-qanuni maraqlarını həyata keçirmək istəyən, regional və qonşu ölkələr arasında nifaq və gərginlik yaradan dövlətlərin hər hansı sui-istifadəsinə yol verməməyə çağırıram. İran həmişə siyasi dialoqun zəruriliyini vurğulayır və pərdə arxasında mübahisəli məsələlərdən qaçmağa üstünlük verir. Gərginliyə baxmayaraq, Tehran anlaşılmazlıqları dialoq yolu ilə həll etməyə çalışır”.
İranın Bakıdakı səfirinin geri çağırılması ilə bağlı yayılan məlumatlara münasibət bildirən Kənani diplomatik korpus işçilərinin rotasiyasını adi hal adlandırıb.
Qeyd edək ki, İran Azərbaycandakı səfiri Abbas Musəvini geri çağırmaq və onun yerinə Müctəba Dəmirçini təyin etməyə qərar verib.
407 dəfə oxundu