AMİP sədri: "Bizə belə siqnallar daxil olub, bu, hörmətsizlikdir"
"Partiy üzvlərini hər hansı bir başqa təşkilatın qeydiyyata alınması üçün onların siyahısında göstərmək hörmətsizlikdir".
Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə yerlərdə partiya üzvü təşkilatları arasında "üzv alveri" getdiyinə dair məlumatlara aydınlıq gətirərkən deyib.
Sədr bildirib ki, AMİP-in bəzi yerli təşkilatlarına da belə siqnallar daxil olub: "Bəzi partiyalar müraciət edib dəstək istəyiblər. Ona görə də partiya üzvlərimizə tapşırıq verdik ki, bu məsələdə diqqətli olsunlar. Mövqeyimiz belədir, biz heç bir üzvümüzü başqa partiyada görmək istəmirik”.
Arzuxan Əlizadə hazırda partiya üzvlərinin yenidən qeydiyata alınma prosesinin həyata keçirildiyini vurğulayıb: "Müraciət olunsa da, geri çevirilməlidir”.
Qeyd edək ki, Azərbaycanda "Siyasi partiyalar haqqında” yeni qanunun qəbulundan sonra siyasi partiyalar "üzv alveri”nə başlaması ilə bağlı məlumatlar var.
İddialara görə, üzv sayı az olan partiyaların yerli təşkilatları digər partiyalardan üzv trafnsfer üçün danışıqlar aparır. Bildirilir ki, danışıqlarda trafnsferlərin müvəqqəti olacağı, partiya qeydiyyata alındıqdan sonra üzvlərin yenidən əvvəl təmsil olunduqları təşkilatlara geri göndəriləcəyi vurğulanır.
423 dəfə oxundu