Siyasi partiyaların yerli təşkilatlarında “üzv alveri” başladı

Siyasi partiyaların yerli təşkilatlarında “üzv alveri” başladı
Siyasi partiyaların yerli təşkilatlarında “üzv alveri” başladı

Azərbaycanda "Siyasi partiyalar haqqında” yeni qanunun qəbulundan sonra siyasi partiyalar "üzv alveri”nə başlayıb.

Qaynarinfo xəbər verir ki, proses xüsusilə partiyaların yerli təşkilatlarında daha qabarıq formada özünü göstərir.

İddialara görə, üzv sayı az olan partiyaların yerli təşkilatları digər partiyalardan üzv trafnsfer üçün danışıqlar aparır. Bildirilir ki, danışıqlarda trafnsferlərin müvəqqəti olacağı, partiya qeydiyyata alındıqdan sonra üzvlərin yenidən əvvəl təmsil olunduqları təşkilatlara geri göndəriləcəyi vurğulanır.

Məlumata görə, bir neçə iri partiyaya belə bir təklif edilib. Onlardan bəziləri təklifi qəbul etsə də, bəziləri imtina edib.

Yada salaq ki, yanvar ayından "Siyasi partiyalar haqqında” yeni Qanun qüvvəyə minib. Yeni qanunda partiyaların qeydiyyatı üçün minimum 5000 üzv tələb olunur. Azərbaycanda fəaliyyət göstərən partiyaların əhəmiyyətli hissəsi bu tələbə cavab vermir. Hakimiyyət də bunun fərqində olduğu üçün partiyalara iyul ayına qədər vaxt verib. Lakin proses göstərir ki, bir sıra partiyalar bu müddət ərzində belə, 5000 üzv toplamaq iqtidarında deyil. Artıq 10-na yaxın partiya bu üzdən fəaliyyətini dayandırmaq qərarı verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
465 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...