Məşhur mühafizə şirkətinə bağlı olan yeni şirkət təsis olunub
Azərbaycanda yüzlərlə dövlət müəssisəsinin mühafizəsini təşkil edən “Vətən-N Mühafizə Xidməti” MMC-nin (VÖEN - 1202459761) qeydiyyatda olduğu hüquqi ünvanda “Rıyad Productıon” MMC (VÖEN – 1203302481) adlı yeni şirkət dövlət qeydiyyatına alınıb.
Yeniavaz.com xəbər verir ki, nizamnamə kapitalı 10 manat olan “Rıyad Productıon” MMC-nin hüquqi ünvamı Xəzər rayonu, Şüvələn qəs., ev 921 K-da yerləşir. Bu ilin yanvar ayının 31-də şirkət dövlət qeydiyyatına alınan zaman qanuni təmsilçisi Qasımov Etibar Ağahüseyn oğlu olub. Təxminən 1 ay sonra – mart ayının 3-də şirkətin qanuni təmsilçisi dəyişdirilib.
Onu da bildirək ki, “Vətən-N Mühafizə Xidməti” MMC-nin də dövlət qeydiyyatına alınan zaman qanuni təmsilçisi Qasımov Etibar Ağahüseyn oğlu olub, sonradan dəyişdirilib.
Məlumat üçün qeyd edək ki, Qasımov Etibar Ağahüseyn oğlu ölkənin aparıcı özəl mühafizə şirkətlərindən biri olan “Riyad Mühafizə Xidməti” MMC-nin də (VÖEN – 1700883251) qanuni təmsilçisidir.
“Riyad Mühafizə Xidməti” MMC 25.06.2008-ci ildə dövlət qeydiyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı Səbail rayonu, Salyan dön. 2, ev 10-da yerləşir. Mətbuatda yer alan məlumatlara görə “Riyad Mühafizə Xidməti” MMC mərhum iqtisadçı-professor Aqil Əlirza oğlu Əliyevin nəvəsi Riyad Əliyevə məxsusdur.
Mətbuatda yayılan sənədlərdə (15 mart 2019-cu il tarixli) Qasımov Etibar Ağahüseyn oğlunun eyni zamanda “Alov-Mühafizə” MMC-yə rəhbərlik etdiyi (Baş idarə rəisi) qeyd olunub. Mətbuatda “Alov-Mühafizə” MMC-nin də “Riyad Mühafizə Xidməti” MMC-nin bazası əsasında yaradıldığı bildirilib.
Xatırladaq ki, 2009-cü ildə təsis olunan “Alov-Mühafizə” MMC əsasən təhsil müəssisələri olmaqla Azərbaycanda yüzlərlə dövlət müəssisəsinin mühafizəsini təşkil edir. Mühafizə xidmətilə bağlı keçirilən dövlət satınalmalarının bir çoxunda məhz “Alov-Mühafizə” MMC qalib olur.
Etibar Qasımov eyni zamanda İctimai Nəzarət Koalisiyasının (İNK) sədr müavini olub. İNK sədri isə ötən ilin fevral ayında xüsusi əməliyyatla həbs olunan Rasim Məmmədovdur. Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən saxlanılan Rasim Məmmədov Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə ittiham edilib.
Bu ilin mart ayında Sumqayıt Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən iclasda Rasim Məmmədov xuliqanlıqda təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
598 dəfə oxundu