"ABŞ yanımızda terror dövləti yaratmağa çalışır" - Süleyman Soylu

"ABŞ yanımızda terror dövləti yaratmağa çalışır" -
Türkiyənin daxili işlər naziri Süleyman Soylu ABŞ-ı Türkiyənin yanında "terror dövləti” yaratmağa çalışmaqda ittiham edib.

Qaynarinfo xəbər verir ki, nazir bu barədə "CNN Türk"ə danışıb.

"Gəzi hadisələrindən (İstanbulda 2013-cü ildə iğtişaşlara çevrilən etiraz - red.) sonra Türkiyə sərmayələrin azalmasına səbəb olan bir sıra hadisələrlə üzləşdi. Buna pandemiya da əlavə olundu. Biz dünyanın ən böyük problemi - miqrasiya dalğası ilə qarşı-qarşıyayıq. Amerika bizim yanımızda terror dövləti yaratmaq istəyir. Biz tədbir görürük. Buna qarşı dörd böyük əməliyyat həyata keçirmişik", deyə Soylu bildirib.

"Doğrudanmı Türkiyənin bununla mübarizə apara bilməyəcəyini düşünürlər? Dünən Hakkaridə idim, Kato Marinos bölgəsində terror təşkilatı üçün logistika zonası var idi. Katoda əməliyyat keçirəndə yüzlərlə terrorçu var idi. Biz ora maddi-texniki resursların ötürülməsinin qarşısını aldıq, həm maddi-texniki, həm də insan resurslarının ötürülməsini dayandırdıq”, deyə nazir vurğulayıb.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
398 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...