Ərdoğanla bağlı təkzib: Xəstəxanaya yerləşdirilməyib

Ərdoğanla bağlı təkzib: Xəstəxanaya yerləşdirilməyib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzi dövlət başçısının infarkt keçirməsi ilə bağlı xəbərləri təkzib edib.

Yenisabah.az xəbər verir ki, bu barədə "Twitter"də paylaşım edilib: “Sosial mediada prezident Ərdoğanın infarkt keçirdiyi və xəstəxanaya yerləşdirildiyi barədə yayılan xəbərlər doğru deyil”.

Bundan əvvəl Türkiyənin vitse-prezidenti Fuat Oktayın sözlərinə görə, prezidentin səhhəti yaxşıdır, o, yüngül soyuqdəymə keçirib.

Ölkənin hakim Ədalət və İnkişaf Partiyasının nümayəndəsi Erkan Candemir bu gün Ərdoğanın Akkuyu AES-də keçiriləcək tədbirlərdə iştirak edəcəyini videobağlantı vasitəsilə təsdiqləyib. Bundan əlavə, sabaha planlaşdırılan mitinq də təxirə salınıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
418 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...