Arayik sülhməramlıların yeni komandanından "blokada"nı götürməsini istəyib
Aprelin 27-də Qarabağdakı qondarma rejimin rəhbəri Arayik Arutyunyanla Rusiya sülhməramlı kontingentinin yeni təyin olunmuş komandanı, general-polkovnik Aleksandr Lentsov arasında görüş baş tutub.
Yeniavaz.com News.am-a istinadla xəbər verir ki, Arutyunyan qondarma rejimin "gözləntilər"ini açıqlayıb. O bildirib ki, Rusiya sülhməramlı qüvvələrindən üçtərəfli bəyanatda nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq qısa müddət ərzində Qarabağ və Ermənistan arasında ikitərəfli əlaqənin bütün "maneələr"inin aradan qaldırılacağını və "təhlükəsizliyinin" təmin olunacağını gözləyirlər.
Görüş zamanı sülhməramlı qüvvələrin fəaliyyəti, Qarabağdakı ermənilərin “blokada”sının aradan qaldırılması, Laçın dəhlizinin rejiminin saxlanılması, həyati vacib infrastrukturların normal fəaliyyətinin təmin edilməsi və digər məsələlər müzakirə olunub.
Xatırladaq ki, aprelin 23-ü Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.
Bildirilib ki, bu addım 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq atılıb.
Qeyd olunub ki, bu barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.
442 dəfə oxundu