Ərdoğan: “Türkiyə mübarizə apardığına görə hədəf alınır"

Ərdoğan: “Türkiyə mübarizə apardığına görə hədəf alınır"
“Türkiyəni inkişaf etdirib bu səviyyəyə çatdırmasaydıq, kimsə bizə hücum etməz, təxribat törətməzdi. Amma o halda da millətimizin qarşısına alnıaçıq, üzüağ çıxa bilməzdik”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada xalqa müraciətində deyib.

O bildirib ki, Türkiyə təslim olduğuna görə yox, mübarizə apardığına görə hədəf alınır: “Müxalifət isə bunun tam əksini edir. Onlar inşa etdiklərimizi dağıdacaqlarını vəd edirlər. Müxalifətin xalqa yeni vəd kimi təqdim etdiyi bir çoxu isə artıq reallaşıb. Bu onu göstərir ki, onlar ölkədən xəbərsizdirlər”.

R.T.Ərdoğanın sözlərinə görə, mövcud hakimiyyət 21 il ərzində ancaq xalqa xidmət göstərib: “İndi 81 vilayətimizin hər birində universitet var. Daha təhsil almaq üçün İstanbula, Ankaraya gəlməyə ehtiyac yoxdur. İndi müəllimlər mərkəzlərdən başqa vilayətlərə gedirlər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
441 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...