Ərdoğan: "Türkiyədə inflyasiya hər ay aşağı düşür"

Ərdoğan: "Türkiyədə inflyasiya hər ay aşağı düşür"
“Türkiyədə inflyasiya hər ay daha da düşür. Çalışacağıq ki, belə da davam etsin”.

“Report” xəbər verir ki, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan Giresunda çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyənin bütün problemlərini hazırkı iqtidar həll edib: “Ankaranın beynəlxalq siyasi sistemdəki rolunu da biz gücləndirdik. ABŞ-da 32 mərtəbəlik türk evi inşa etdik. Orada buna oxşar başqa tikili yoxdur”.

R.T.Ərdoğanın sözlərinə görə, Türkiyə iqtidarı bundan sonra da mövcud çətinliklərin öhdəsindən gəlməyə qadirdir: “Yetər ki, bir və həmrəy olaq. Biz ölkəmizə daha parlaq gələcək miras qoymaq istəyirik. 85 milyon vətəndaşın hər birinin bu mübarizədə rolu var”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
476 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...