"Vaşinqton bunu bildiyimizi anlasın və təhlükəni başa düşsün"

  "Vaşinqton bunu bildiyimizi anlasın və təhlükəni başa düşsün"
"Biz yaxşı bilirik ki, bu cür hərəkətlər, terror aktları ilə bağlı qərarlar Kiyevdə qəbul edilmir. Bu qərarlar Vaşinqtonda verilir. Kiyev isə artıq ona deyilənləri yerinə yetirir".
Gundeminfo.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Çox vaxt hətta məqsədlərin özü də Kiyev tərəfindən müəyyən edilmir, onlar Vaşinqtonda müəyyən edilir və sonra Kiyevə çatdırılır ki, Kiyev onları yerinə yetirsin. Və hər dəfə Kiyevə vasitə seçmək hüququ verilmir", - Kremlin sözçüsü bildirib.

Peskov Ukrayna və ABŞ-ın Kremlə hücumu inkar etmək cəhdlərini gülünc adlandırıb:
"Çox vacibdir ki, Vaşinqton bunu bildiyimizi anlasın və münaqişədə birbaşa iştirakın nə qədər təhlükəli olduğunu başa düşsün".
Xatırladaq ki, dünən Rusiya Federasiyası Prezidentinin mətbuat xidməti Ukraynanın gecə saatlarında Kremlə zərbə endirməyə cəhd etdiyini bildirib. Ukrayna tərəfi iddiaları təkzib edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
473 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...