Siyavuş Novruzov: AXCP-Müsavat və Milli Şuranın 3-4 toyuq oğrusunun azadlığa çıxmaması onları narahat edir

Siyavuş Novruzov: AXCP-Müsavat və Milli Şuranın 3-4 toyuq oğrusunun azadlığa çıxmaması onları narahat edir
“Prezident İlham Əliyevə əfv sərəncamına görə təşəkkür edirik. Heydər Əliyev yolu hər zaman humanizmin tərəfdarı olub”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, əfsuslar olsun ki, bəzi partiyalar, xaricdə olan bəzi bloggerlər bu əfvin üzərinə kölgə salmağa çalışır: “800-dən çox insan əfv olunub. AXCP-Müsavat və Milli Şuranın 3-4 toyuq oğrusunun azadlığa çıxmaması onları narahat edir. Azərbaycanın bu qədər vətəndaşının azadlığa çıxması bir tərəfdə qalıb. Hüquq-mühafizə orqanında işləmiş, rüşvət üstündə tutulub, çıxıb özünü hüquq müdafiəçisi elan edən bir neçə nəfər bu əfv sərəncamına kölgə salmağa çalışır.”/APA



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 649 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...