Ərdoğan: "Səsvermə prosesi demokratiyamıza yaraşan şəkildə tamamlandı"

Ərdoğan: "Səsvermə prosesi demokratiyamıza yaraşan şəkildə tamamlandı"
"Səsvermə prosesi demokratiyamıza yaraşan şəkildə tamamlandı. İndi, həmişə olduğu kimi, seçki qutularından möhkəm yapışmağın vaxtıdır. Nəticələr qəti olana qədər millətimizin iradəsini qorumağa davam edirik!.."

"Report" xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviterdə bildirib.

Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkilərində səsvermə başa çatıb. Hazırda ölkədəki seçki məntəqələrində səslərin sayılmasına başlanılır. İlkin nəticələrin yaxın saatlarda açıqlanacağı gözlənilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
509 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...