Sinan Oğan seçkilərin ikinci turunda kimi dəstəkləyəcək?

Sinan Oğan seçkilərin ikinci turunda kimi dəstəkləyəcək?
“İkinci turda kimi dəstəkləyəcəyimizlə bağlı məsləhətləşəcəyik və bununla əlaqədar müşavirə keçirəcəyik”.

“Report” xəbər verir ki, bunu “ATA İttifaqı”nın namizədi Sinan Oğan Prezident seçkilərinin ikinci turu ilə bağlı açıqlamasında deyib.

Onun sözlərinə görə, qısa zaman ərzində kimi dəstəkləyəcəyi ilə bağlı qərarı elan edəcək: “Bu, Sinan Oğanın yox, ümumi ağlın qərarı olacaq”.

Siyasətçi səsvermənin ikinci turunun keçiriləcəyinə əvvəlcədən inandığını söyləyib: “Biz demişdik ki, türk millətçiləri olaraq seçkilərin mərkəzində olacağıq. Demişdik ki, biz bu seçkiləri müəyyənləşdirəcəyik. Biz istədiyimiz bütün hədəflərə çatdıq. Bundan sonra biz Türkiyənin böhrana düşməməsi üçün bütün məsuliyyəti öz üzərimizə götürəcəyik”.

Qeyd edək ki, Türkiyədə prezident seçkilərinin ikinci turu mayın 28-də keçiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
447 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...