“Seçkilərin ikinci turu bizim üçün daha asan olacaq”

 “Seçkilərin ikinci turu bizim üçün daha asan olacaq”
“Seçkilərin ikinci turu bizim üçün daha asan olacaq”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın “A Haber”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, “Cumhur İttifaqı” ilə “Millət İttifaqı”nın səsləri arasında ciddi fərq var.

İ.Kalın "Cumhur İttifaqı"nın bütün tərəfdarlarını səsvermə prosesində iştirak etməyə və səslərinə sahib çıxmağa çağırıb.

Xatırladaq ki, mayın 14-də keçirilən seçkilərdə Prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs qazanmadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. İki namizəd - Rəcəb Tayyib Ərdoğan və müxalifət lideri Kamal Kılıçdaroğlu arasında qalib gələn siyasətçi Prezident olacaq.

İlk turda Türkiyənin hazırkı Prezidenti 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb. "Ata" siyasi blokunun təmsilçisi Sinan Oğan 5,17% səs yığıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
440 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...