İyunun 12-də Vaşinqtonda Bayramov və Mirzoyanın görüşü olacaq

İyunun 12-də Vaşinqtonda Bayramov və Mirzoyanın görüşü olacaq
“Ermənistan və Azərbaycan xarici işlər nazirləri səviyyəsində münasibətlərin qurulması və sülh müqaviləsi üzrə danışıqları davam etdirəcəklər”.
Yeniavaz.com xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan deyib.
O bildirib ki, müzakirələrin növbəti raundunun ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilməsi planlaşdırılır:
“İyunun 12-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun iştirakı ilə müzakirələr başlayacaq. Əlavə təfərrüatları təqdim edəcəyik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
478 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...