Ərdoğan Rusiya və Ukrayna prezidentləri ilə danışdı

  Ərdoğan Rusiya və Ukrayna prezidentləri ilə danışdı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna prezidentləri ilə telefonda danışıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Ərdoğanla Volodimir Zelenski telefon danışığı zamanı Rusiya-Ukrayna müharibəsində baş verənləri müzakirə ediblər.
Ərdoğan görüş zamanı bildirib ki, Kaxovskaya bəndində baş verən partlayışın təfərrüatlı araşdırılması üçün müharibə edən tərəflər, BMT və Türkiyə də daxil olmaqla beynəlxalq ictimaiyyətin ekspertlərinin iştirakı ilə komissiya yaradıla bilər.
Türkiyə olaraq bu mövzuda əllərindən gələni etməyə hazır olduqlarını bildirən prezident Ərdoğan, taxıl dəhlizində olduğu kimi danışıqlar metodunun izlənilə biləcəyini də dilə gətirib.
Vladimir Putinlə telefon danışığı zamanı da oxşar mövzular müzakirə edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
506 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...