Əliyev 9 noyabrda sazişi imzalamaqdan imtina etdi – Şok
Ermənistan, Rusiya və Azərbaycan liderlərinin üçtərəfli bəyanatı üzrə son danışıqlar 2020-ci il noyabrın 6-da başlayıb. Bəyanatı imzalamağa razılaşdım, lakin bir şərtlə ki, orada Şuşa və Ermənistan ərazisindən keçən ekstraterritorial dəhlizlə bağlı müddəalar olmasın. Bildirim ki, erməni tərəfi Hadrut müqabilində Ağdamı təklif edir.
Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan 44 günlük müharibənin şəraitini araşdıran İstintaq komissiyasının iclasında deyib.
“Noyabrın 8-də Şuşanı geri qaytarmağın mümkünsüz olduğu aydın idi. Mən Üçtərəfli bəyanatın mətnini noyabrın 9-da gecə yarısı (10 noyabra keçən gecə) deyil, noyabrın 9-u səhər saatlarında imzaladım. Müharibənin dayandırılması ilə bağlı danışıqları Rusiya Federasiyasının Prezidenti Vladimir Putin vasitəsilə aparmışam. Noyabrın 8-də və noyabrın 9-da onunla 20-yə yaxın telefon danışığım olub, bütün müharibə dövründə isə Rusiya Federasiyasının Prezidenti ilə 60-a yaxın telefon danışığım olub.
Sonda müzakirələr nəticəsində elə bir mətnə gəldik ki, Şuşa haqqında, Ermənistan ərazisindən dəhliz yaradılması barədə heç nə deyilməsə də, hərbi əməliyyatların dayandırılması, 7 rayonun qaytarılmasına razılaşdıq. Laçın dəhlizinin açılması və orada və Dağlıq Qarabağda rus sülhməramlılarının yerləşdirilməsi qərara alındı. Noyabrın 9-u səhər mən həmin mətni imzaladım. Bir daha qeyd edim ki, Üçtərəfli bəyanatın mətnini noyabrın 9-da gecə yarısı deyil, səhər saatlarında imzalanıb. Həmin gün məlum oldu ki, Azərbaycan həmin mətni imzalamır və bir sıra yeni tələblər irəli sürür. Prosesin kulminasiya nöqtəsi noyabrın 9-da axşam oldu, o zaman məlum oldu ki, Azərbaycan praktiki olaraq razılaşdırılmış mətnə yeni əlavələr təklif edir. İmzalanmış mətn dövriyyədən çıxdı, sonra yenidən danışıqlar başladı. Bu anda Rusiya Federasiyasının prezidenti dedi ki, Azərbaycanın mətnə Tavuş anklavlarının qaytarılması ilə bağlı bəndin əlavə edilməsini təklif edir. Bir müddət sonra həmin bəndin sənəddən çıxarılması ilə bağlı razılıq əldə olundu (digər təkliflər qaldı – red.). Gecə yarısına yaxın döyüş əməliyyatlarının aktivləşməsi və Xankəndi səmasında çoxlu sayda pilotsuz təyyarələrin olduğu barədə xəbərlər gəlməyə başladı. Sonda uzun və mürəkkəb müzakirələrdən sonra hamıya məlum olan sənədi imzaladım”, - deyə o bildirib.
447 dəfə oxundu