"Yaxın vaxtlarda Azərbaycan prezidenti ilə görüşüm planlaşdırılır" - Paşinyan

"Yaxın vaxtlarda Azərbaycan prezidenti ilə görüşüm planlaşdırılır" -
“Bu yaxınlarda Vaşinqtonda Ermənistan-Azərbaycan danışıqlarında qeydə alınan irəliləyiş hiss olunmasa da, müəyyən irəliləyiş var”.

Yeniavaz.com xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan bu gün, iyulun 6-da hökumətin iclasında deyib.

“Yaxın vaxtlarda Aİ Şurası sədrinin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan prezidenti ilə görüşüm planlaşdırılır.

Təəssüf ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətni hələ imzalanmağa hazır deyil. Mən ümid edirəm ki, qarşıdakı görüş zamanı Vaşinqtonda qeydə alınan müsbət şeylər reallaşacaq. Biz bütün məsələləri diplomatik yolla həll etməliyik”, - Paşinyan bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
393 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...