“İsrailə qarşı başqa cəbhələrin açılması mümkündür” – Abdullahian

  “İsrailə qarşı başqa cəbhələrin açılması mümkündür” –
“İsrailə qarşı başqa cəbhələrin açılması hələ də mümkündür”.
Yeniavaz.com xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ”Əl-Məyadin” telekanılana (Beyrut şəhəri) verdiyi şərhdə bildirib.
“Fələstinlilərə qarşı davam edən təcavüz və müharibə cinayətləri, eləcə də Qəzzanın blokadası fonunda İsrailə qarşı başqa cəbhələrin açılması ehtimalı mövcuddur”, - nazir vurğulayıb.
Onun sözlərinə görə, İslam dövlətləri İsrailin törətdiyi cinayətlərlə barışmamalıdır. İranlı nazir mülki əhalinin su və elektrik enerjisindən məhrum edilməsini, həmçinin Qəzzanın yaşayış məntəqələrinin davamlı olaraq bombalanmasını müharibə cinayəti adlandırıb.
Abdullahian əlavə edib ki, İran Fələstin müqavimətinə siyasi və informasiya dəstəyi verməyə davam edir. O vurğulayıb ki, İran və Səudiyyə Ərəbistanı arasında Fələstinə dəstək üçün ümumi strategiyanın bir hissəsi kimi koordinasiya mövcuddur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
398 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...