“Mən də mətbuatdan öyrəndim” – Paşinyan Putinə cavab verdi
Ermənistanın Baş nazir Nikol Paşinyan ölkənin İctimai Televiziyasına müsahibəsi zamanı Rusiya Prezidenti Vladimir Putini Qarabağla bağlı 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı pozmaqda ittiham edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistanın baş naziri jurnalistin Rusiya prezidentinin Ermənistanın Praqada keçirilən görüşdə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını mətbuatdan öyrənməsi ilə bağlı son bəyanatını şərh etmək xahişinə cavabında danışıb.
Paşinyan bildirib ki, Rusiya tərəfi Qarabağı Azərbaycanın tərkib hissəsi hesab etdiyini bir neçə dəfə bəyan edib - xüsusən də Rusiya prezidenti 2020-ci ilin noyabr və dekabr aylarında belə bir bəyanatla çıxış edib:
“Hazırlanan bu bəyanatları mən mətbuatdan öyrəndim. Fikrimcə, bunlar noyabrın 9-dakı üçtərəfli bəyanatla ziddiyyət təşkil edir. Bundan əlavə 2022-ci ilin fevralında Azərbaycan və Rusiya arasında ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınmasından bəhs edən bəyannamə imzalanıb. Tərəflər heç bir tərəfin fikrincə, onun milli maraqlarına uyğun gəlməyən hərəkətlərə yol verməməyi öhdələrinə götürürlər”.
Xatırladaq ki, ötən həftə Rusiya prezidenti mətbuat konfransında Qarabağdan imtina edən tərəfin onlar yox, Paşinyanın olduğunu bildirib.
387 dəfə oxundu