Rusiya XİN rəhbəri: “Qərb dövlətləri Cənubi Qafqaza sülh və sabitlik gətirməyə çalışmır”

Rusiya XİN rəhbəri: “Qərb dövlətləri Cənubi Qafqaza sülh və sabitlik gətirməyə çalışmır”
“Qərb dövlətləri Ermənistana və bütövlükdə Cənubi Qafqaza sülh və sabitlik gətirməyə çalışmır, onların vəzifəsi Moskvanı sıxışdırıb çıxarmaqdır”.

“Report” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilin yekunları üzrə TASS-a müsahibəsində deyib.

Onun sözlərinə görə, Ermənistan hazırda bir sıra çağırışla üz-üzədir:

“Üstəlik, Qərb oyunçularının köməyi ilə onları dayandırmaq mümkün olmayacaq. ABŞ və Aİ Rusiyadan fərqli olaraq respublikaya və bütövlükdə Cənubi Qafqaza sülh və sabitlik gətirməyə çalışmır.

Onların vəzifəsi tamam başqadır - Moskvanı və digər regional gücləri bölgədə sıxışdırmaq, Balkanlar, Yaxın Şərq və Ukraynadan sonra yeni gərginlik ocağı yaratmaq. Bu çətin vəziyyətdən çıxış yolu göz qabağındadır - İrəvan, Bakı və Moskvanın üçtərəfli sazişlərini ən yüksək səviyyədə həyata keçirməkdir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
544 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...