Təşviqat BAŞLADI - Namizədlər seçkiyə bu şüarlarla gedirlər
Bu gündən 7 fevral növbədənkənar prezident seçkisi ilə əlaqədar təşviqat prosesi başlayır. Seçkidə hazırkı Prezident İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaq.
Musavat.com namizədlərin seçki şüarlarını təqdim edir:
İlham Əliyevin seçki şüarı: “Qalib xalqın qalib lideri”
Zahid Orucun seçki şüarı: “Qalib gələcəyə hə!”
Fazil Mustafanın seçki şüarı: “Dayağımız: yeniləşən, çalışqan insan! Hədəfimiz: Rifah dövləti Azərbaycan!”
Razi Nurullayevin seçki şüarı: “Sosial ədalət, sosial demokratiya”
Qüdrət Həsənquliyevin seçki şüarı: “Ədalət, hüquq, demokratiya”
Elşad Musayevin şüarı: “Hər şey qalib xalq üçün!”
Fuad Əliyevin seçki şüarı: “Varlı vətəndaş, varlı ölkə!”
Qeyd edək ki, bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkisində İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma keçirilib.
MSK sədrinin müavini Rövzət Qasımov bildirib ki, Seçki Məcəlləsinin tələbinə uyğun olaraq namizədlər üçün saat 21:00-da İctimai Televiziyada hər dəfə 1 saat olmaqla həftədə 3 dəfə (bazar ertəsi, çərşənbə və cümə günləri) debat təşkil olunacaq. Hər bir namizədə 8 dəq 57 saniyə vaxt veriləcək.
Həftənin çərşənbə axşamı, cümə axşamı və şənbə günləri isə İctimai Radionun efirində prezidentliyə namizədlərin təşviqatı aparılacaq. İctimai Radioda da debatlar saat 21:00-da başlayacaq.
Püşkatmanın nəticəsinə əsasən, İctimai Televiziya və Radioda namizədlər aşağıdakı ardıcıllıqla çıxış edəcəklər:
1 - öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc;
2- Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;
3 - Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;
4 - Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;
5 - Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev;
6 - Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;
7 - Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.
288 dəfə oxundu