"Rusiya hələ də ərazilərimizi işğal etməkdə davam edir" - İrakli Qaribaşvili
"Biz 2008-ci ildə müharibədən keçdik və o vaxtdan bəri Rusiya ərazimizdə hərbi bazalar tikib və torpaqlarımızı işğal etməkdə davam edir, lakin bu təhlükəsizlik problemlərinə baxmayaraq, biz misli görünməmiş, fasiləsiz sülh və sabitlik onilliyini təmin edə bilmişik".
"Unikal" xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili Davos İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiyanın yeni şəfəqi?” panel müzakirəsində çıxışı zamanı deyib.
Hökumət başçısının sözlərinə görə, müstəqillik bərpa edildikdən sonra ölkədə belə dinc və sabit vəziyyət olmayıb.
“Cənubi Qafqazın təhlükəsizliyinə gəlincə, ilk növbədə suveren ərazilərimizin işğalını qeyd etməliyəm. Rusiya hələ də torpaqlarımızın 20 faizini işğal altında saxlayır. Dünən bu məsələ ilə bağlı söhbətimiz oldu. Biz 2008-ci ildə müharibədən keçdik və o vaxtdan bəri Rusiya ərazimizdə hərbi bazalar tikib və torpaqlarımızı işğal etməkdə davam edir, lakin bu təhlükəsizlik problemlərinə baxmayaraq, biz misli görünməmiş və fasiləsiz sülh və sabitlik onilliyini təmin edə bilmişik, bu da Gürcüstana rifah və iqtisadi artım gətirdi. Müstəqilliyi bərpa etdikdən sonra bizdə ölkədə belə sakit və sabit vəziyyət olmayıb”, - deyə baş nazir bildirib.
378 dəfə oxundu