Seçkidən sonra kimlər vəzifədən gedəcək? - Deputat danışdı
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov növbədənkənar prezident seçkilərindən sonra bəzi nazirlərin istefaya göndəriləcəyi, strukturlarda optimallaşdırma aparılacağı barədə iddialara aydınlıq gətirib.
Gundeminfo.az pravda.az-a istinadla xəbər verir ki, İlham Əliyev Azərbaycan televiziya kanallarına verdiyi müsahibədə müəyyən dövrün başa çatdığını, bundan sonra yeni bir dövrün başlayacağını qeyd edib.
“Yeni dövrün başlaması ilə əlaqədar istər siyasi partiyalar, istər qeyri-hökumət təşkilatları, ziyalılar, alimlər ictimaiyyət, mətbuat nümayəndələri təklilərini versinlər, ictimai müzakirələr keçirsinlər, göndərsinlər ki, gələcəyə baxış, ideologiya necə və hansı istiqamətdə olmalıdır, daxili siyasətdə nələr dəyişməlidir. Bu, paralel olaraq struktur dəyişikliyi ilə bağlı məsələdir. Regional idarəetmə, bələdiyyələrin, o cümlədən ayrı-ayrı strukturların gələcək fəaliyyəti ilə əlaqədar xeyli sayda təkliflər var.
Təbii ki, bütün prezident seçkilərindən sonra hökumət bütövlükdə istefaya gedir, yenidən təyinatlar olur. Bu, bilavasitə cənab Prezidentin səlahiyyətləri çərçivəsindədir. Cənab Prezident kimi məsləhət biləcəksə, kimin yolu davam etdirməsini məsləhət görəcəksə, o insanlar da yolu davam etdirəcəklər, yaxud yerdəyişmə olacaq. Kimi məsləhət bilməyəcəksə, o insanlar yola davam etməyəcəklər”, - deyə deputat qeyd edib.
S. Novruzov prezident seçkilərindən sonra istefaya gedəcək nazirlər arasında ən çox fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adının hallanması, ölkədə son dövrlər baş verən partlayış və yanğınlar fonunda nazirliyin işinin öhdəsindən gələ bilməməsi iddiasına da toxunub: “Bir adam səhlənkarlıq edib yanğın törədirsə, vəzifə borcunu yerinə yetirmirsə, evində qaza nəzarət etmirsə, buna hansısa struktur cavabdehlik daşıyır? Mən başa düşə bilmirəm. Yanğın nədən baş verir? Ya qısa qapanmadan, ya qaza nəzarət olunmayanda, ya da qeyri-qanuni yollarla gizlin xətt çəkiləndə. Hadisələrlə bağlı Baş Prokurorluq araşdırma aparır, nəticələr barədə açıqlama verəcək. Səbəb və nəticəni bilməyən insanlar tərəfindən, yaxud kiminsə kimdənsə xoşu gəlmirsə, ortaya belə fikirlər atırlarsa, bu, mənasız bir şeydir”.
355 dəfə oxundu