Ölkəmizdə parlament seçkiləri nə vaxt KEÇİRİLƏCƏK?
Məlum olduğu kimi, altıncı çağırış Milli Məclisə seçkilər 2020-ci il noyabrın 1-də keçirilməli idi. Lakin müasir çağırışları nəzərə alan Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu il dekabrın 5-də Milli Məclisi buraxdı və 2020-ci il fevralın 9-na növbədənkənar parlament seçkisi təyin etdi.
Konstitusiyaya əsasən, növbədənkənar seçkidə seçilən Milli Məclisin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər.
Bu halda növbəti parlament seçkisi növbədənkənar seçkidə seçilən Milli Məclisin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir.
Reallıqdan çıxış etsək, 2020-ci il fevralın 9-da seçilən parlamentin səlahiyyət müddətinin beşinci ili 2024-cü ilə təsadüf edir. Buna görə də, bu il noyabr ayının birinci bazar günü – noyabrın 3-də yeni parlament seçkisi olmalıdır.
Amma nəzərə alaq ki, noyabrın 11-dən 24-dək Bakıda çox mötəbər tədbir - BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 keçiriləcək. Bu tədbirə dünyanın 5 qitəsindən 80 mindən artıq qonağın gələcəyi gözlənilir.
Nəzərə alaq ki, gələn qonaqları arasında çox sayda hökumət və dövlət başçıları da olacaq. Bu da tədbirin əhəmiyyətini xeyli artırır.
Ona görə də 2024-cü ilin noyabr ayının birinci həftəsində parlament seçkilərinin keçirilməsi təşkilati cəhətdən məqbul hesab edilmir.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, COP29-a görə parlament seçkiləri daha erkən keçirilə bilər. Belə ki, Milli Məclisə seçkilərin nəzərdə tutulan vaxtdan 1-2 ay əvvəl keçiriləcəyi ehtimal olunur. Bu isə onu deməyə əsas verir ki, 2024-cü ilin sentyabr-oktyabr aylarında Azərbaycanda parlament seçkiləri keçiriləcək.
444 dəfə oxundu