Prezident: Kreml Navalnını vəhşicəsinə öldürdü

Prezident: Kreml Navalnını vəhşicəsinə öldürdü
Aleksey Navalnı Kreml tərəfindən vəhşicəsinə öldürülüb.

Axar.az xəbər verir ki, bunu Latviya Prezidenti Edqar Rinkeviç Navalnının ölümü ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib.

“Bir siyasətçi kimi Aleksey Navalnı haqqında nə düşünürsünüzsə düşünün, amma o, indicə Kreml tərəfindən vəhşicəsinə öldürüldü. Bu bir faktdır və mövcud Rusiya rejiminin əsl mahiyyəti haqqında bilinməsi lazım olan bir amildir. Ailə və dostlarına başsağlığı verirəm”, - o bildirib.

Qeyd edək ki, Aleksey Navalnı bu gün Yamalo-Nenets Muxtar Dairəsindəki 3 saylı cəzaçəkmə müəssisəsində ölüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
390 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...