Türkiyə XİN-dən İsrailin hücumuna sərt reaksiya

Türkiyə XİN-dən İsrailin hücumuna sərt reaksiya

İsrail Qəzza zolağında humanitar yardım paylayarkən fələstinliləri öldürməklə insanlığa qarşı yeni cinayət törədib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən Qəzzanın qərbində yerləşən Əl-Rəşid küçəsinə edilən hücumu şərh edərkən bildirilib.

"İsrail Nabulsi meydanında fələstinliləri öldürməklə daha bir insanlıq cinayəti törədib. Qəzzada aclıqdan müharibə silahı kimi istifadə edən İsrailin indi də həyat qurtarmaq üçün yardım istəyən günahsız dinc insanlara hücum etməsi İsrailin bütün Fələstin əhalisini məhv etmək niyyətini nümayiş etdirir.

İsrail Qəzzada hərbi əməliyyatı dərhal dayandırmalıdır, lakin İsrail hökumətinin bu qərarı vermək üçün nə sağlam düşüncəsi, nə də vicdanı var”, - deyə XİN-dən bildirilib.

Qeyd edək ki, Fələstin mediası İsrailin fevralın 29-da Qəzzanın qərbindəki Əl-Rəşid küçəsinə hücumu nəticəsində azı 112 nəfər ölüb, 760 nəfər yaralanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
485 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...