“Putin Ukraynada qalib gələrsə, bu Azərbaycana da təhlükə törədə bilər”
“Qafqazda bizim bir neçə vacib tərəfdaşlarımız var, buna görə də bu region NATO üçün çox vacibdir. NATO və Avropa İttifaqı Qafqaz ölkələri ilə əlaqələrin daha da inkişafında maraqlıdır. Təbii ki, Gürcüstan bu baxımdan fərqli mövqedədir. Belə ki, bu ölkə NATO üzvlüyünə müraciət edib. NATO bunun baş verəcəyini dəfələrlə bəyan edib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq Azərbaycan Dövlət İnformasiya Agentliyinə müsahibəsində danışıb.
Stoltenberq bildirib ki, Qafqaz Rusiyanın genişmiqyaslı müharibə apardığı Ukraynadan o qədər də uzaq deyil:
“Bu da həm Avropa, həm də Qafqaz üçün vacibdir. Əgər Prezident Putin Ukraynada qalib gələrsə, bu, təkcə Ukrayna üçün faciə deyil, həm də hər kəsə, o cümlədən Azərbaycana və NATO müttəfiqlərinə təhlükə törədər. Çünki Prezident Putinə mesaj budur ki, istədiyi hər şeyi əldə etmək üçün hərbi yola əl atdıqda beynəlxalq hüququn pozulmasına və başqa ölkəyə hərbi müdaxiləyə görə cavab verməli olduğunu bilməlidir. Bu, həm də gələcəkdə gücə əl atmaq cəhdlərini azaldacaq. Ona görə də NATO müttəfiqlərinin, Azərbaycanın və dünyada bütün ölkələrin marağında olan odur ki, Prezident Putinin qalib gəlməsinin qarşısı alınsın”.
Baş katib həmçinin Azərbaycanın Ukraynaya göndərdiyi humanitar yardımı və minaların təmizlənməsi sahəsində dəstəyini yüksək qiymətləndirib:
“Lakin düşünürəm ki, Rusiyaya qarşı iqtisadi sanksiyalara qoşulmaq da çox vacibdir. Çünki bu ölkə beynəlxalq hüququ pozmaq və başqa ölkənin ərazisinə hücum etməyin əvəzini ödəməlidir”.
589 dəfə oxundu