Petrosyan Əskiparaya gəldi: burda yaşayacaq

Petrosyan Əskiparaya gəldi:
Ermənistanın Demokratik Konsolidasiya Partiyasının rəhbəri Suren Petrosyan dostları ilə birlikdə Tavuş bölgəsinə gəlib.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yayıb.

Məlumata görə, o, Erməni Apostol Kilsəsinin Tavuş arxiyepiskopu Baqrat Qalstyanla görüşüb.

“Həmsöhbətlər rayonun bir neçə sərhəd kəndi ətrafındakı vəziyyəti müzakirə ediblər. Bu görüşdən sonra Petrosyan Əskiparaya (Voskepara) yollanıb”, - məlumatda qeyd edilib.

Petrosyan bildirib ki, kənd sakinləri ilə gündəlik təmaslar mövcud problemləri daha qabarıq göstərir. O, Əskiparada (Voskepar) yaşayacağını və sona qədər kənd camaatının yanında olacağını iddia edib:

“Burada dövlətçilik məsələsi həll olunur və bunu Əskiparada (Voskepar) hamı başa düşür. Ən əsası odur ki, onlar deyirlər: heç bir şəraitdə təslim olmayacağıq. Hamımız onların yanında dayanıb əsaslı dəyişikliklərə buradan başlamalıyıq. Bu, son dərəcə vacibdir”.

Qeyd edək ki, Əskipara (Voskepar) Azərbaycanın Yuxarı və Aşağı Əskipara kəndlərinin yanında yerləşir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
367 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...