MSK 5-ci sırada olan YAP-ı 1-ci sıraya keçirib – Təfərrüat

MSK 5-ci sırada olan YAP-ı 1-ci sıraya keçirib –
Məlum olduğu kimi, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə siyasi partiyalar yaranmağa və dövlət qeydiyyatına alınmağa başlayıb.

Yeniavaz.com xəbər verir ki, bu günə kimi Azərbaycanda 67 siyasi partiya rəsmi dövlət qeydiyyatından keçib və daha sonra qeydiyyatdan keçən partiyaların 41-i müxtəlif səbəblərdən ləğv olunublar.

Bu ilin əvvəlinə olan son məlumata görə, ölkədə dövlət qeydiyyatından keçən 26 siyasi partiya mövcuddur.

Məlumat üçün bildirək ki, siyasi partiyaların siyahısı hər il Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi saytında yerləşdirilir. MSK-nın saytında yerləşdirilən siyahıda hakim Yeni Azərbaycan Partiyası (YAP) istisna olmaqla digər partiyaların sıralaması onların dövlət qeydiyyatına alındığı tarixə görə müəyyən olunub. Bu səbəbdən YAP-ın hansı səbəbdən siyahıdakı sıralamada 1-ci sırada yer aldığı aydın olmur. MSK-nın açıqladığı siyahıda siyasi partiyalar dövlət qeydiyyatına alınma tarixinə görə sıralandığı üçün YAP hazırkı siyahıda 5-ci sırda yer almalıdır.

Qeyd edək ki, Azərbaycanda dövlət qeydiyyatına alınan ilk siyasi partiya Azərbaycan Milli İstiqlal Partiyası (AMİP), sonuncu qeydiyyata alınan partiya isə Azad Vətən Partiyası olub.


MSK 5-ci sırada olan YAP-ı 1-ci sıraya keçirib –



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
495 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...