ABŞ institutu: Zelenski riskli qərarlar qəbul etməlidir
Ukrayna Prezidenti Volodimir Zelenski riskli qərarlar qəbul etməlidir.
“Report” xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb.
Qeyd olunub ki, bu, Qərbin silah tədarükündə yol verdiyi gecikmələrlə bağlıdır: “Rusiyanın hərbi imkanlarını məhdudlaşdırmaq və gələcək əks- hücum əməliyyatlarına hazırlaşmaq üçün Ukrayna bütün resurslarından istifadə etməlidir".
Hesabatda, həmçinin yazılıb ki, Qərbin hərbi dəstəklə bağlı ləng tərpənməsi rəsmi Kiyevə baha başa gələ bilər: “Zelenski və digər yüksək rütbəli Ukrayna hərbi rəsmiləri bu yaxınlarda xəbərdarlıq ediblər ki, Qərbin hərbi yardımındakı gecikmələr nəticəsində Rusiya döyüş meydanında təşəbbüsü ələ alır. Ordu Ukraynanın nə vaxt və hansı yardım alacağını bilmədən uğurlu əks-hücum və müdafiə strategiyası planlaşdıra bilməz”.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna 2023-cü ilin iyununda əks-hücum əməliyyatlarına başlayıb. Amma bu, uğursuz olub. Rəsmi Kiyev əməliyyatların uğursuzluğunu etiraf edib. V.Zelenski daha əvvəl bildirib ki, Ukrayna yeni əks- hücum əməliyyatlarına hazırlaşır.
572 dəfə oxundu