Paşinyan Putinin andiçmə mərasiminə gedəcək?

Paşinyan Putinin andiçmə mərasiminə gedəcək?
Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak edib-etməməsi ilə bağlı qərar hələ verilməyib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib.

“Əgər andiçmə mərasimində iştirakla bağlı qərar qəbul olunarsa, o zaman bu barədə ictimaiyyətə məlumat veriləcək. Hazırda əlavə ediləcək başqa heç nə yoxdur”, - o deyib.

Qeyd edək ki, martın 15-17-də keçirilmiş seçkilərdə Putin rəsmi olaraq yenidən Rusiya prezidenti seçilib, seçkilərin nəticələri Rusiya Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiqlənib. Qanuna əsasən, dövlət başçısının andiçmə mərasimi mayın 7-də keçirilməlidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
551 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...