Azərbaycan və Ermənistan razılaşdı - Qazaxıstandan açıqlama

Azərbaycan və Ermənistan razılaşdı -
Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aibek Smadiyarov çərşənbə axşamı RİA Novosti-yə bildirib ki, Ermənistan və Azərbaycan Qazaxıstanda danışıqlarda iştirak edəcəklərini təsdiqləyiblər.

Musavat.com-un məlumatına görə, Smadiyarov deyib ki, danışıqların keçirilmə tarixi daha sonra açıqlanacaq.

“Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqlar Almatıda keçiriləcək. Hər iki tərəf iştirakını təsdiqləyib. Tədbirin vaxtı əlavə olaraq açıqlanacaq”, - Smadiyarov bildirib.

Çərşənbə axşamı Qazaxıstanın xarici işlər nazirinin müavini Alibek Bakaev RİA Novosti-yə bildirmişdi ki, Ermənistanın iştirakını hələlik təsdiqləmədiyinə görə görüşün tarixi müəyyən edilməyib.

Qeyd edək ki, iki ölkə arasında danışıqların Qazaxıstanda aparılması ideyası respublika prezidenti Kasım-Jomart Tokayev tərəfindən Ermənistan və Azərbaycana son səfərləri zamanı irəli sürülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
441 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...