“Qəbul edirəm ki, Xocalıda olan hadisələr soyqırımıdır” – Beqlaryan
Xocalı faciəsinin törədilməsində iştirakçı olmaqda təqsirləndirilən Raşid Beqlaryanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bu gün Sabunçu rayon məhkəməsinin inzibati binasında Füzuli Hərbi məhkəməsinin hakimi Əli Süleymanovun sədrliyi ilə keçirilən iclasda istintaq sənədləri elan edilib.
Raşid Beqlaryanla bağlı istintaq sənədlərində maraqlı məqamlar üzə çıxıb. Məlum olub ki, Fransa Respublikasından onun hesablarına 2 milyon avroya yaxın pul köçürülüb. Özünün iddiasına görə tutulanadək Fransada yaşayan bəzi şəxslər həmin pulu ona kömək məqsədi ilə ianə ediblər.
Hakim Əli Süleymanov bu qədər məbləğin nəyə görə ona ianə edildiyini soruşub.
Təqsirləndirilən Raşid Beqlaryan bildirib ki, bu pullar kömək məqsədi ilə göndərilib:
“Mənə sadəcə, sənədlər göndərirdilər. Guya ianə edəcəkdilər”.
Daha sonra məhkəmədə təqsirləndirilən Raşid Beqlaryanın istintaqa verdiyi əlavə ifadə elan edilib.
O, ifadəsi zamanı Əsgəranda anadan olduğunu və sürücü kimi işlədiyini deyib:
“O vaxtlar Qarabağda ermənilərin silahlı qrupları vardı. Əsgəranda da bu qruplardan vardı. Vitali Balasanyan Əsgəranda olan qrupun başçısı olub. Mən silahsız olmuşam. Silahsız olsam da, Əsgəran bölüyünün tapşırıqlarını yerinə yetirmişəm. Əsgəran bölüyündə Seqo Doluxanyan adlı biri vardı. Onunla dostluq əlaqəmiz olub. Seqo aktiv döyüşlərdə iştirak edib. Seqo hadisələr barədə mənə danışırdı. Seqo dedi ki, Xocalı camaatı Əsgəran qalası tərəfdən Qarqar çayı boyunca Ağdama gedəcək. Camaatı Əsgəran bölüyü qarşılayacaqdı. Qarabağ erməniləri camaatın oradan keçəcəyini bilirdi. Əsgəran qalası ətrafında 50-60 silahlı erməni gözləyirdi. Orda dedilər ki, camaatı aldatmışıq ki, Naxçıvanlı kəndindən Ağdama Qarqarçay tərəfdən dəhliz verilib. Seqo deyirdi ki, bizə onları öldürmək əmri verilib. Əmr verilməsə belə, biz onlara nifrət edirdik. Onsuz da öldürəcəkdik. 150 nəfər insan o yolla gedirdi. 70 faizi qadın, uşaq və qocalar idi. İnsanlar bir yerə yığılandan sonra erməni silahlılar onlara atəş açmağa başladı. Uşaqlar və qadınlar ağlamağa, yalvarmağa başladılar. Erməni silahlılar da onlara baxıb gülürdü. Atəş açmağa başlayanda bir neçə nəfər Ağdama tərəf qaçmağa başladı. Geridə qalan hər kəsi öldürdülər. Sonra əli silahlılar meyitlərə də atəş açdılar. Öldüklərinə əmin olmaq üçün. Əsgərlər meyitlərin üzərində olan qızıl və dəyərli əşyaları toplayırdı. Bir həftə sonra Əsgəranda yaşayan erməni camaatı şikayət etməyə başladı. Onlar meyitlərdən iy gəldiyini və xəstəlik yayılacağını dedilər. Sonra əsgərlər gedib orda olan meyitləri kütləvi basdırdılar”.
O, Xocalı hadisələri zamanı şəhərdə olsa da, iştirakçı olmadığını bildirib.
Prokuror təqsirləndirilən Raşid Beqlaryana ifadələri arasında ziddiyyətlər olduğunu deyib və bunun səbəbini soruşub. Raşid Beqlaryan isə danışdığı hadisələrdə iştirakçı olmadığını, hamısını Seqo Doluxanyanın danışdıqlarından bildiyini deyib.
O, məhkəmədə verdiyi ifadəni təsdiqləyib.
Prokuror isə iştirakçısı olmadığı halda kütləvi məzarlıq haqda bu qədər dəqiq məlumatı haradan bildiyini soruşub.
Raşid Beqleryan qeyd edib ki, Seqo Doluxanyan insanların basdırıldığı yeri uzaqdan ona göstərib:
“Seqo 95-ci ildə Əsgəran yolu üzərində olanda insanları basdırdığı yeri göstərdi. Mən də müstəntiqə göstərdim”.
Məhkəmə Raşid Beqlaryandan Xocalı hadisələrini soyqırımı kimi qəbul edib-etmədiyini soruşub. O isə cavab olaraq bunları deyib:
“Məndən niyə soruşursunuz? Orda olan hadisələr soyqırımı kimi bir şey idi. Mənə görə pis haldır. Qəbul edirəm ki, Xocalıda olan hadisələr soyqırımıdır”.
Daha sonra məhkəmədə tibbi ekspertizanın nəticələri elan edilib.
Hakim Əli Süleymanov istintaq materialları içində olan erməni dilində yazılmış “Raşid Beqlaryanın döyüş yolu” adlı sənədi elan edib. Sənəddə deyilir:
“Mən Raşid Beqlaryan döyüş yoluma 1988-ci ildə başlamışam. 3-cü dəstədə xidmət etmişəm. O dəstənin rəhbəri Murad Petrosyan idi. Bu dəstə ilə komandirimizin verdiyi tapşırıqları yerinə yetirmişik. Dəstəmiz Ağdam-Şuşa yolunda strateji körpünü partladıb. Bundan başqa Amaras monastrı yaxınlığında türklərin hərbi kolonunu məhv etmişik. Xocalı, Şuşa və bir çox kəndlərin azad edilməsində iştirak etmişəm. Müharibədə 8 dəfə yaralanmışam. Sonralar dəstəmiz böyüyərək bölüyə çevrildi və mən dəstə komandiri oldum. 1993-cü ildən öz maşınımla yük daşımışam”.
Hakim ondan hansı yükləri daşıdığını soruşub. Raşid Beqleryan isə bildirib ki, ona nə veriblərsə, onu daşıyıb.
İstintaq sənədlərindən məlum olub ki, Raşid Beqlaryan separatçı rejim tərəfindən medalla təltif olunub. Raşid Beqlaryan onu da əlavə edib ki, yazılanlar şişirdilib:
“Yazıları qohumlarım dedi şişirt. Dövlətdən pul almaq üçün mən də şişirdib yazdım”.
Qeyd edək ki, keçən ilin avqustun 1-də Ermənistan vətəndaşı Rəşid Beqlaryan Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın rayonunun Zabux kəndi ərazisindən keçən hissəsində dövlət sərhədini pozan zaman saxlanılıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı xəbərə görə, Raşid Beqlaryan əvvəllər azadlıqları məhdudlaşdırılmaqla Xankəndi şəhərində yerləşən 3 saylı uşaq xəstəxanasında saxlanılmış azərbaycanlı əsirlərə və beynəlxalq humanitar hüquqla müdafiə olunan başqa şəxslərə işgəncə verməkdə, eləcə də sülh və insanlıq əleyhinə, müharibə cinayəti kimi digər ağır cinayət əməllərini törətməkdə, həmçinin qanunsuz erməni silahlı birləşmələrinin fəaliyyətində digər formada iştirak etməkdə şübhəli bilinib.
Ona qarşı Cinayət Məcəlləsinin 103, 107, 109, 112, 113, 115.2, 116.0.1, 116.0.6, 116.0.8, 116.0.10, 116.0.11, 116.0.16, 318.1 və AR 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş CM-in 70.2-ci maddəsinin 3-cü hissəsi, 220-ci maddəsinin 1-ci hissəsi ilə ittiham irəli sürülüb.
399 dəfə oxundu