Ramiz Mehdiyevsiz seçki - Yenə 125 deputat, yenə majoritar qayda...
Hakim Yeni Azərbaycan Partiyası (YAP) Milli Məclisin buraxılması təşəbbüsü ilə çıxış edib.
YAP İdarə Heyətinin iyunun 20-də keçirilən iclasında təşkilatı təmsil edən deputatlara 6-cı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul edilib.
Bu, onunla əsaslandırılıb ki, Azərbaycanda Vətən müharibəsində qazanılan qələbədən sonra yaranmış yeni dövrün tələbinə uyğun parlamentin formalaşdırılması vacibdir. Eyni zamanda parlament seçkilərinin vaxtının COP29 sammiti ilə eyni vaxta - noyabr ayına düşməsi növbədənkənar seçkiləri gündəmə gətirib.
Artıq məlumdur ki, növbədənkənar seçkilər vaxtından 2 ay əvvəl keçiriləcək.
Hurriyyet.az xəbər verir ki, modern.az-ın məlumatına görə, YAP-çı deputatların parlamentin buraxılması barədə müraciəti Milli Məclisə daxil olub və deputatların onu dəstəkləcəyi şübhə doğurmur.
Yəqin ki, müvafiq müraciət tezliklə Prezidentə təqdim olunacaq.
Növbədəkənar seçkilərin dəqiq tarixi məlum deyil, amma səsvermənin sentyabrın əvvəlində keçirilməsi gözlənilir.
Beləliklə, bəzi gözləntilərin əksinə olaraq 7-ci çağırış Milli Məclisə seçkilər yenə majoritar sistemlə keçiriləcək. Seçkilərin proporsional sistemlə, yəni partiya siyahıları üzrə keçirilməsinin mümkünlüyü barədə ehtimallar özünü doğrultmadı.
Halbuki, son illər Prezident Adminstrasiyasının müxtəlif siyasi partiya rəhbərləri keçirdiyi görüşlərdə proporsional seçki sisteminin bərpasını təklif edənlər olmuşdu.
Bundan başqa, 7-ci çağırış Milli Məclisdə deputat yerlərinin 125-dən artıq olacağını düşünənlər də yanıldılar. Azərbaycan Respublikasının növbəti Milli Məclisi yenə 125 deputatdan ibarət olacaq.
Milli Məclisə seçkilərin keçirlmə qaydası və digər dəyişikliklər üçün seçki islahatı lazım idi ki, bunun üçün də öncə referendum tələb olunurdu. Artıq görünən budur ki, referendum seçkilərdən sonraya qalıb.
Budəfəki seçkilərlə bağlı daha bir maraqlı məqam onun Prezident Administrasiyasının keçmiş rəhbəri, siyasət kluarlarında “Boz kardinal” adlandırılan akademik Ramiz Mehdiyevin iradəsindən kənar baş tutacağıdır. Heç kimə sirr deyil ki, 1995-ci ildən sonra keçirilən bütün seçkilər məhz Ramiz Mehdiyevin nəzarəti altında baş tutub. Deputatlar özləri dəfələrlə etiraf ediblər ki, Ramiz Mehdiyevin seçki komissiyalarının formalaşmasında birbaşa iştirakı olub, seçki prosesinə nəzarət həyata keçirib.
R.Mehdiyev 7 fevral 1995-ci ildən – 23 oktyabr 2019-cu ilədək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri olub. O, həm də 2021-ci ilin mart ayına qədər YAP İdarə Heyətinin üzvü olub.
337 dəfə oxundu