Mirəlioğlu YAP-çı rəqibi haqda: “Onlar olmayanda biz parlamentdə idik”
Ölkədə fəaliyyət göstərən siyasi partiyalar sentyabrın 1-i keçiriləcək növbədənkənar parlament seçkilərinə hazırlaşır. Artıq bir sıra tanınmış siyasi və ictimai xadim müxtəlif dairələrdən öz namizədliyini təqdim edib.
Onlardan biri də Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğludur. Partiya rəhbəri 43 saylı Sumqayıt ikinci seçki dairəsindən namizədliyini irəli sürüb. Onun seçkilərdə bu dairə üzrə əsas rəqibi Yeni Azərbaycan Partiyasının (YAP) namizədi Tahir Mirkişilidir. Bəzi siyasi analitiklər bu seçkidə Mirmahmud Mirəlioğlunun şansının rəqibi qarşısında aşağı olduğunu düşünür.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan KXCP sədri Mirmahmud Mirəlioğlu Milli Məclisdə YAP-çı deputatlardan öncə özlərinin təmsil olunduğunu xatırladaraq, burada qeyri-adi heç nəyin olmadığını deyib:
“Onun özü və təşkilatı parlamentdə təmsil olunmayanda belə biz orada idik. Burada qeyri-adi bir şey yoxdur. Hətta onların təşkilatının, partiyasının formalaşması üçün qanunu belə biz qəbul etmişdik. Məncə bu cavab kifayətdir”.
517 dəfə oxundu