Ukrayna Prezidentinin Ofisindən Kursk əməliyyatı barəsində açıqlama

Ukrayna Prezidentinin Ofisindən Kursk əməliyyatı barəsində açıqlama
Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidentinin Ofisi ilk dəfə olaraq, Kursk vilayətindəki əməliyyatın məqsədini açıqlayıb.
Ukrayna Prezidentinin Ofisinin rəhbərinin müşaviri Mixail Podolyakın sözlərinə görə, Ukrayna sülh danışıqlarında mövqeyini qüvvətləndirmək üçün Kursk vilayətinə hücuma başlayıb. Podolyak bildirib ki, Rusiyanın ərazi, insan və texnika itkisi danışıqlarda Ukraynanın xeyrinə təsir göstərəcək, Ukrayna Silhalı Qüvvələrinin Rusiya Federasiyasının dərinliklərinə irəliləməsi rusiyalıları "qorxudacaq" və onların Vladimir Putinə münasibətini pisləşdirəcək.
Podolyak telemarafondakı çıxışı zamanı deyib: “Onlar qorxudan başqa bir şeyə reaksiya verirlərmi? Xeyr, biz bunu nəhayət dərk etməliyik. Rusiya Federasiyası istənilən güzəşti sizin zəifliyiniz və onun qarşısında diz çökməyə hazır olduğunuz kimi qəbul edəcək. Yalnız müharibənin onların ssenarisi üzrə getmədiyini başa düşəcəkləri təqdirdə, danışıqlar masasına oturubnə isə əldə etmək olar".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
234 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...