Müdafiə Nazirliyi ələ keçirildi, əsas magistrallar bağlandı – Ermənistanda ÇAXNAŞMA

Müdafiə Nazirliyi ələ keçirildi, əsas magistrallar bağlandı –

Ermənistanda Qarabağ məğlubiyyətindən sonra siyasi gərginlik pik nöqtəsinə çatıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, övladları itkin düşmüş əsgər yaxınları Müdafiə Nazirliyinin darvazalarını sındıraraq əraziyə daxil olublar. Yüzlərlə insan nazirliyin binasına daxil olaraq məsul şəxslərin onlara cavab verməsini tələb edib.

Daha bir etirazçı qrupu isə Gümrdü-Bavra yolunu bağlayıblar. Bu magistral yol Ermənistanı Gürcüstanla birləşdirən əsas yol hesab olunur.

Etirazçılar baş nazir Nikol Paşinyanın dərhal istefa verməsini tələb ediblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
503 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...