Daha iki ölkə arasında diplomatik gərginlik yarandı

Daha iki ölkə arasında diplomatik gərginlik yarandı
İspaniya ilə Mərakeş arasında diplomatik gərginlik yaranıb.

“Qafqazinfo” xəbər verir ki, buna Mərakeşin Baş naziri Sadəddin Əl-Osmanın Şimali Afrikadakı ispan torpaqları barədə açıqlaması səbəb olub. Belə ki, Əl-Osman Ceuta və Melilla şəhərlərinin Qərbi Saxara kimi Mərakeşə məxsus olduğunu bildirib.

Baş nazir qeyd edib ki, Saxara problemi həll olduqdan sonra o şəhərlərin statusu məsələsini gündəmə gətirəcəklər.

Sözügedən açıqlamaya İspaniya Xarici İşlər Nazirliyi münasibət bildirib. Mərakəş səfiri XİN-ə çağırılıb, ölkəyə nota verib.

“İspaniya hökumətinin təcili olaraq Mərakeş Baş nazirinin Seuta və Melilla ilə bağlı sözlərini aydınlaşdırmaq üçün Mərakeşin Madriddəki səfiri nazirliyə çağırılıb. İspaniya bütün tərəfdaşlarından ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməsini tələb edir”,- deyə açıqlamada vurğulanıb.












Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
503 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...