Ermənistan müxalifətindən Putinə məkrli təklif
Ermənistanda Nikol Paşinyan hakimiyyətini devirmək niyyətində israrlı olan müxalifət partiyaları istəklərinə çatmaq üçün Kremlə yarınmağa çalışırlar. Belə ki, "İşıqlı Ermənistan”ın sədri Edmon Marukyan ölkədə ikinci Rusiya hərbi bazasının yaradılması təklifi ilə çıxış edib.
Erməni müxalifəti hesab edir ki, 44 günlük döyüşlərdən sonra bölgədə yaranan real vəziyyət Ermənistanın təhlükəsizliyi üçün böyük təhdid yaradıb, ona görə də Rusiyanın ikinci hərbi bazası ilə bu təhdidlərin qarşısını almaq olar.
Amma faktiki vəziyətin təhlili isə onu deməyə əsas verir ki, Ermənistan üçün hazırda heç bir təhdid yoxdur, sadəcə müxalifət hakimiyyətə gəlmək üçün Rusiyanın razılığını almaq naminə belə təkliflərlə çıxış edir. Çünki II Qarabağ müharibəsi nəticəsində 2 min civarında rusiyalı hərbçinin münaqişə bölgəsində yerləşməsi ermənilərin təhlükəsizliyi üçün ən böyük təminatdır. Üstəlik, Ermənistanda 5 minlik Rusiya bazası mövcuddur və sərhədləri Rusiya sərhədçiləri tərəfindən qorunur. Ən əsası, 4 qonşu dövlətin 3-ünə qarşı ərazi iddiaları ilə çıxış edən Ermənistanın beynəlxalq hüquqla tanınan ərazilərinə hər hansı bir təhlükə də yoxdur. Türkiyə, Azərbaycan və Gürcüstan daha çox Ermənistanı regional əməkdaşlığa cəlb etmək istəyirlər.
Başqa tərəfdən isə Ermənistanda ikinci hərbi bazanı yaratmaq Rusiya üçün əlavə problemlərdən başqa bir şey deyil. Qərb ölkələrinin sanksiyaları fonunda ağır iqtisadi problemlərlə üzləşən Rusiya üçün əlavə hərbi hissə yaratmaq böyük həcmdə xərc deməkdir. Ermənistanın da bu xərcləri qarşılamaq imkanları yoxdur. Hərbi-siyasi baxımdan da Rusiyaya Ermənistanda ikinci hərbi bazanı yaratmaq əlavə heç bir üstünlük verməyəcək. Çünki Gümrü şəhərində 102-ci bazası və Qarabağda "sülhməramlı”larının olması Kremlə Cənubi Qafqazda hərbi mövcudluğunu göstərmək və region ölkələrinə təsir etmək üçün kifayət edir.
Maraqlıdır ki, indi Paşinyanı devirməyə çalışan qüvvələri, yəni Koçəryan-Sarkisyan cütlüyünü birmənalı olaraq Kreml üçün etibarlı tərəfdaş saymaq olmaz. Belə ki, Paşinyana qədər hakimiyyətdə olan sözugedən "Qarabağ klanı”nın zamanında Rusiyanın maraqlarına qarşı da siyasət aparılıb. Daha çox Qərb ölkələri ilə Rusiyanın maraqlarını uzlaşdırmaq siyasət aparan "Qarabağ klanı”nın Avropa İttifaqı ilə tərəfdaşlıq sazişi imzalaması da bunu göstərir.
Bütün bunları Kremldə də yaxşı başa düşürlər. Və yaxşı bilirlər ki, başqasının torpaqlarında dövlət yaratdıqları Ermənistanda Rusiyaya münasibət yaxşı deyil. Məhz Paşinyan kimi siyasətçinin indiyə kimi hakimiyyətdə qalmasını erməni cəmiyyətində Rusiyaya olan mənfi münasibətin təzahuru kimi qiymətləndirmək olar. Eləcə də "Qarabağ klanı”nın da onlara münasibətinin "çayı keçənə qədər” yaxşı olacağını Putin kimi təcrübəli çekist bilməmiş olmaz.
Bu baxımdan erməni müxalifətinin hakimiyyətə gəlmək üçün ikinci hərbi baza yaratmaq təkliflərinin havada qalacağını indidən demək olar…
545 dəfə oxundu