“Çavuşoğlu ilə məzmunlu danışıqlar apardıq” - Lavrov

 “Çavuşoğlu ilə məzmunlu danışıqlar apardıq” -


“Bu gün Rusiya-Türkiyə Birgə Strateji Planlama Qrupunun VIII toplantısını keçirdik. Türkiyəli həmkarım və dostum Mövlud Çavuşoğlu ilə bu toplantı çərçivəsində ən geniş dairəli məsələlər barədə məzmunlu danışıqlar apardıq”.

APA-nın Rusiya bürosunun məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Soçidə keçirilən Rusiya-Türkiyə Birgə Strateji Planlama Qrupunun VIII toplantısının yekunlarına dair birgə mətbuat konfransında deyib.

“Biz iki ölkə arasında, hər şeydən öncə ən ali səviyyədə olan siyasi dialoqun əhəmiyyətini təsdiq etdik. Prezidentlərimiz arasında müntəzəm və etibarlı təmaslar bütün sahələrdə Rusiya və Türkiyə münasibətlərinin gündəmindəki strateji istiqamətləri müəyyən edir. Biz ikitərəfli münasibətləri ətraflı müzakirə etdik. Xüsusi ilə də iqtisadi məsələlərlə bağlı koronavirus məhdudlaşdırmaları şəraitində ticarət dövriyyəmizin azaldığını qeyd etdik və ticarət dövriyyəsini yenidən necə dinamik vəziyyətə gətirmək üçün hansı tədbirlərin görülməsinin vacibliyini müzakirə etdik. Nəhəng layihələrimiz olan “Türkiyə axını” qaz kəməri, “Akkuyu” Atom Elektrik Stansiyası və digərləri barədə danışdıq. Təəssüflər olsun ki, pandemiyaya görə müvafiq proseslər tormozlanmışdı. Lakin indi onlar yenidən hərəkətə gəlməyə başlayıblar. Əminik ki, bütün bu layihələr öz vaxtında həyata keçiriləcək”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

S. Lavrov ölkəsinin Türkiyə ilə hərbi-texniki əməkdaşlıq sahəsində əlaqələrindən də danışıb: “Hər iki tərəf ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın inkişafında maraqlıdır. Vaşinqtonun qeyri-legitim təzyiqlərinə baxmayaraq, türkiyəli həmkarlarımızın hərbi-texniki əməkdaşlıq sahəsində əlaqələrimizin davam etdirilməsinə prinsipial mövqeyini qiymətləndiririk”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
464 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...