Rusiya fakt qarşısında: Bu əraziləri qaytarmalıdır – MDB məkanında yeni gərginlik

Rusiya fakt qarşısında: Bu əraziləri qaytarmalıdır –


Estoniya Xarici İşlər Nazirliyi bu il Rusiya ilə münasibətlərdə ciddi dəyişiklik gözləmir.

Bu barədə Estoniya Xarici İşlər Nazirliyinin rəhbəri Urmas Reynsalu açıqlama verib.

“Bu il münasibətlərimizdə hər hansı bir dönüşün olub-olmayacağı barədə suallar verilir, cavab mənfi olur. Amma bu, məncə müsbətdir, mənfi deyil”, - nazir vurğulayıb.

Qeyd edək ki, son günlərdə Rusiya və Estoniya arasında diplomatik gərginlik yaşanır. Buna səbəb Estoniya parlamentinin spikeri Henn Pılluasın Rusiya ilə sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı səsləndirdiyi fikirlərdir. Spiker hesab edir ki, 1920-ci il imzalanmış Tartu müqaviləsi çərçivəsində Rusiyanın sərhəd bölgələrinə daxil olan bəzi ərazilər Estoniyaya verilməlidir. Pılluas bunun Estoniya və Rusiya arasında sərhədlərin müəyyənləşdirilməsi prosesi kontekstində baş verməli olduğunu söyləyib.

Estoniyalı spiker Tartu müqaviləsinin hələ də qüvvədə qaldığını sözlərinə əlavə edib.

Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin rəhbəri Leonid Slutski Polluaasın 1920-ci il tarixli Tartu sülh müqaviləsi ilə əlaqədar ifadələrinin təkcə Rusiya-Estoniya sərhəd razılaşmasının təsdiq edilməsinə mane olmadığını, eyni zamanda iki ölkə arasındakı münasibətlərdə əlavə gərginlik yaratdığını bildirib.

Slutski sərhəd razılaşmasının hər iki dövlətin parlamentlərində hələ də təsdiqlənmədiyini vurğulayıb: “Bu sənədlərin eyni vaxtda təsdiqlənməsi barədə razılaşmalar var idi, amma bütün prosesi ləngidən Estoniya siyasətçilərinin rusofobik xəttidir”.

Henn Pılluas da, ərazilərin qaytarılması təmin edilmədən sözügedən sənədin parlamentdə təsdiqlənməyəcəyini açıqlamışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
506 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...