İlham Əliyevlə Paşinyan Moskvada görüşə bilər

İlham Əliyevlə Paşinyan Moskvada görüşə bilər

Azərbaycan, Ermənistan və Rusiya liderlərinin iştirakı ilə üçtərəfli görüş yaxın vaxtlarda Moskvada keçirilə bilər. Virtualaz.org bildirir ki, bu barədə “İnferfaks”a diplomatik mənbədən məlumat verilib.

“Rusiyada Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin Rusiya Prezidenti ilə üçtərəfli görüşü planlaşdırılır”, - diplomatik mənbə bildirib.

Onun sözlərinə görə, sammit yeni il tətillərindən sonra baş tuta bilər, mümkün tarixlərdən biri - 11 yanvardır.

“İnterfaks” bu informasiyanın rəsmi təsdiqinə malik deyil.

Bu Qarabağ müharibəsinin başa çatmasından sonra İlham Əliyev və Nikol Paşinyanın ilk görüşü olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
478 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...