Azərbaycan prezidentinin “dəmir yumruq” sözü erməniləri təşvişə saldı

Azərbaycan prezidentinin “dəmir yumruq” sözü erməniləri təşvişə saldı
Ermənilər “satqın Nikol”un qalan torpaqları təsilm edəcəyindən danışırlar

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan xarici işlər naziri Ara Ayvazyanın təxribata əl ataraq Dağlıq Qarabağa qeyri-qanuni səfərinə sərt təpki verməsi düşmən ölkə mediasının da gündəminə düşüb.

Məsələyə Ermənistan Xarici İşlər Nazirliyinin münasibəti əsl “ermənisayağı” olub.

Nazirliyin mətbuat katibi Anna Nağdalıyan qondarma “Arsax”ın statusunun hələ bəlli olmadığını, buna görə də Ermənistan və qondarma “DQR”-in quldur rejimi arasında əlaqə qurmasına heç bir məhdudiyyət gətirmədiyini bildirib. Anna Nağdalıyan BMT-nin “ərazi bütövülüyünə hörmət edilməsi” prinsipini “unudaraq”, Qarabağın gələcək statusunun yalnız artıq “ölü” sayıla biləcək ATƏT-in Minsk qrupunun çərçivəsində, habelə “xalqların öz müqəddəratını həll etmə” prinsipinə əsaslanaraq həll olunması gərəkdiyini söyləyib.

Ermənistanın ombusdmanı Arman Tatoyan Azərbaycan prezidentinin çıxışını Azərbaycanda yürüdülən anti-erməni siyasətinin tərkib hissəsi olduğunu bildirərək, bunu erməni xalqına qarşı düşmənçilik təbliğatı kim dəyərləndirib.

Onun fikrincə, Azərbaycan dövlət başçısının sözlərini Qarabağın (qondarma "DQR”-red) izolyasiyası kimi qymətləndirmək laızmdır. Arman Tatoyan Azərbaycan prezidentinin bölgədəki erməni əhalisinə humanitar yardımı kəsmək niyyəti daşıması kimi həyasız iddia da irəli sürüb.

Onun sözlərinə görə, Azərbaycanın öz qanuni ərazisinə “Azərbaycan xoş gəlmisiniz” kimi plakatlar yerləşdirməsi, erməni əhalisini qorxudurmuş, bu da insan hüquqlarını pozulmasına bərabərmiş.

Ermənistanda isə əsas gündəm mövusu yanvar ayının 11-də Moskvada hansısa sənədin imzalancağı və bu sənədlə rəsmi İrəvanın təslim aktına razı olacağı barədə iddialardır.

Məsələn, Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan öz “Facebook” hesabında Nikol Paşinyanın hakimiyyətini saxlamaq naminə Meğrini Azərbaycana verəcəyini yazıb.

“Nikol ermənilərin yüz ildir qorxduğu bir işə-erməni xalqına iki düşmənin- Türkiyə və Azərbaycanın birləşməsinə imza atacaq”,-deyə onun yazıdına bildirilir.

Ermənistanın müxalifətdə olan Respublika parityasının liderlərindən Armen Aşotyan isə həmin görüşün “erməni dövlətçiliyinin cəsədinin farmalinlə dərmanlanması və mumiyalanması” aktına çevirləcəyini qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
536 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...